...

Türkiyə beynəlxalq axtarışa verilmiş 14 nəfəri ölkəyə gətizdirib

Dünya xəbərləri Materials 2 Sentyabr 2025 09:59 (UTC +04:00)
Türkiyə beynəlxalq axtarışa verilmiş 14 nəfəri ölkəyə gətizdirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə hüquq mühafizə orqanları axtarışda olan 14 cinayətkarı ölkəyə gətizdirib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

Saxlanılan cinayətkarların 8-i Gürcüstandan, 2-i Albaniyadan, 2-i Almaniyadan, digər ikisi isə Seneqal və Yunanıstandan gətirilib.

Saxlanılan şəxslərin qanunsuz mütəşəkkil dəstə qurma, soyğunçuluq, hədə-qorxu gəlmə, cinsi istismar, adamöldürmə və başqa cinayətlərdə təqsirli bilindikləri qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti