Bakı. Trend:
Bu ilin avqustun 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən İnşaat və tikinti sektoruna qoyulmuş kreditlərin həcmi 1,787 milyard manata çatıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 13,3 milyon manat və ya 0,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 61,4 milyon manat və ya 3,3% azdır.
Qeyd edək ki, ümumilikdə, hesabat dövründə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 30,258 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 26,1 milyon manat və ya 0,1%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 3 milyard manat və ya 11% artım deməkdir.