...

London metrosunda sərnişinlər saatlarla qatarın içində qalıblar

Dünya xəbərləri Materials 2 Sentyabr 2025 19:46 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

London metrosunun “Jubilee” xəttində qatarda nasazlıq yaranıb, nəticədə sərnişinlər üç saata yaxın vaqonlarda qalıblar.

Trend BBC-yə istinadla xəbər verir ki, hadisə “Westminster” və “Waterloo” stansiyaları arasında baş verib.

Şahidlərin sözlərinə görə, vaqonlar isti və tamamilə dolu vəziyyətdə olub. Sərnişinlər daha sonra relslərlə təhlükəsiz əraziyə aparılaraq evakuasiya edilib.

Sərnişinlərin sözlərinə görə, əvvəlcə qatarın “Westminster” istiqamətində hərəkətini bərpa etməyə çalışıblar, lakin yenidən dayanıb. Daha sonra “Waterloo” istiqamətinə geri dönmək planlaşdırılsa da, qatar bu dəfə tamamilə sıradan çıxıb və elektrik kəsilib.

Hadisədən sonra “Jubilee” xəttində ciddi gecikmələr yaşanıb və “London Bridge” ilə “Green Park” stansiyaları arasında xidmət qismən dayandırılıb. “Transport for London” (TfL) hadisəyə görə üzr istəyib.

Xəbər lenti

Xəbər lenti