Bakı. Trend:
Hindistan noyabra qədər ABŞ ilə ikitərəfli ticarət sazişi üzrə danışıqları yekunlaşdırmağı planlaşdırır
Trend xəbər verir ki, bu barədə Hindistanın ticarət və sənaye naziri Piyuş Qoyal Mumbayda keçirilən İllik Qlobal İnvestisiya Konfransında bildirib.
Nazirin sözlərinə görə, ABŞ ilə aparılan danışıqlarda geosiyasi
məsələlər hələ də ticarət məsələlərindən üstün mövqe tutur:
"Mən çox ümid edirəm ki, vəziyyət tezliklə normallaşacaq və fevral
ayında iki liderin müzakirə etdiyi kimi, payıza – təxminən noyabra
qədər saziş bağlanacaq", – deyə Qoyal qeyd edib.
Onun sözlərinə görə, danışıqlar davam edir: "Çox şey baş verib, hələ çox iş görülməlidir."
