...

Ceyhan terminalında xam neftlə bağlı məsələ həllini tapıb - bp

Energetika Materials 2 Sentyabr 2025 11:56 (UTC +04:00)
Ceyhan terminalında xam neftlə bağlı məsələ həllini tapıb - bp
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Ceyhan terminalında xam neftlə bağlı məsələ artıq həll olunub.

Bu barədə “bp Azerbaijan” şirkətinin Trend-in sorğusuna verdiyi cavabda deyilir.

“Hazırda terminalın bütün çənlərindəki xam neft qəbul olunmuş spesifikasiyaya uyğundur və xam neftin tankerlərə yüklənməsi əməliyyatları normal rejimdə həyata keçirilir”, - deyə şirkətdən bildiriblər.

Xatırladaq ki, bir müddət əvvəl Xəzər regionunda iri neft-qaz layihələrinin operatoru olan “bp Plc” bəzi partiyalarda Azərbaycan neftinin çirklənməsi ilə bağlı potensial problemlər barədə məlumat aldığını açıqlamışdı.

Şirkət bildirib ki, bu problemlər neftin tərkibindəki üzvi xloridlərlə bağlıdır. Qeyd olunub ki, həmin kimyəvi maddə yüksək miqdarda olduqda neft emalı zavodlarına və avadanlıqlara zərər vura bilər.

Azərbaycan nefti böyük həcmdə 1768 km uzunluğundakı neft kəməri vasitəsilə Aralıq dənizi sahilində yerləşən Ceyhan limanına nəql olunur. Bu kəmər BTC Co (Bakı–Tbilisi–Ceyhan) şirkəti tərəfindən çəkilib və bp tərəfindən idarə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti