...

Orta Dəhliz marşrutu ilə yükdaşımaları 10 milyon tona çatdırmağı qarşıya məqsəd qoymuşuq - Qazaxıstan prezidenti

Gündəm Materials 2 Sentyabr 2025 12:16 (UTC +04:00)
Orta Dəhliz marşrutu ilə yükdaşımaları 10 milyon tona çatdırmağı qarşıya məqsəd qoymuşuq - Qazaxıstan prezidenti
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan 2025-ci ildə Çin–Avropa tranzit dəhlizinin respublika ərazisindən keçən hissəsinin buraxılış qabiliyyəti beş dəfə artacaq.

Trend xəbər verir ki, belə bir bəyanatla Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çıxış edib.

“Qazaxıstan yaxın qonşu və etibarlı tərəfdaş kimi sədrlik edən Si Cinpinin "Bir kəmər, bir yol" qlobal təşəbbüsünü tam dəstəkləyir və onun gerçəkləşdirilməsində fəal iştirak edir. Çinlə Avropa arasındakı bütün quru daşımalarının 85 faizi ölkəmizin payına düşür. Cari ildə Dostık–Moyıntı dəmir yolu sahəsində ikinci xətlərin istifadəyə verilməsi sayəsində Çin–Avropa tranzit dəhlizinin Qazaxıstan ərazisindən keçən hissəsinin buraxılış qabiliyyəti beş dəfə artacaq”, – deyə Tokayev bildirib.

Onun sözlərinə görə, Qazaxıstan, həmçinin, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının açılmasına hərtərəfli dəstək göstərir.

“Ötən il bu marşrutla 4,5 milyon ton yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 62 faiz çoxdur. Biz artımı davam etdirəcəyik və yaxın vaxtlarda bu göstəricini 10 milyon tona çatdırmağı qarşıya məqsəd qoymuşuq. Aktau və Kurık Xəzər limanlarımız vasitəsilə daşımaların həcmi ardıcıl olaraq artır”, – Qazaxıstan prezidenti qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti