Bakı. Trend:
Sudanın qərbində yerləşən Darfur bölgəsində torpaq sürüşməsi nəticəsində bütöv bir kənd dağılıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, təbii fəlakət nəticəsində təxminən 1000 nəfər həyatını itirib.
Sudan Azadlıq Ordusunun (SAO) nümayəndəsinin bildirdiyinə görə, hadisə günlərlə davan edən leysan yağışlardan sonra baş verib və kəndi “tamamilə yerlə yeksan edib”. Marra dağlarının yaxınlığında yerləşən həmin yaşayış məntəqəsindən yalnız bir nəfər sağ çıxıb.
SAO qurbanların cəsədlərinin çıxarılmas işində yardımın göstərilməsi üçün Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq yardım təşkilatlarına müraciət edib.