...

"Qalatasaray" Uğurcan Çakırın transferində razılıq əldə etdi

İdman Materials 2 Sentyabr 2025 04:12 (UTC +04:00)
"Qalatasaray" Uğurcan Çakırın transferində razılıq əldə etdi

Bakı. Trend:

"Qalatasaray" futbol klubu "Trabzonspor"un qapıçısı Uğurcan Çakırın transferini reallaşdırmaq üzrədir.

Trend-in məlumatına görə, artıq iki klub futbolçu ilə bağlı razılığa gəlib.

Məlumata əsasən, "Trabzonspor" Çakır üçün 25 milyon avro tələb edib və "Qalatasaray" bu məbləği ödəməyi qəbul edib.

Hazırda Türkiyə millisinin düşərgəsində olan qolkiperin yaxın günlərdə "sarı-qırmızılılar" üçün tibbi müayinədən keçəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti