...

"Fənərbağça" Kərəm Aktürkoğlunun transferini rəsmiləşdirib

İdman Materials 1 Sentyabr 2025 23:31 (UTC +04:00)
"Fənərbağça" Kərəm Aktürkoğlunun transferini rəsmiləşdirib

Bakı. Trend:

"Fənərbağça" Türkiyə millisinin və Portuqaliyanın "Benfika" klubunun futbolçusu Kərəm Aktürkoğlunu transfer edib.

Trend-in məlumatına görə, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Kərəm Aktürkoğlu “Benfika”ya 2024-cü ilin sentyabr ayında “Qalatasaray”dan keçib.

Xəbər lenti

Xəbər lenti