Bakı. Trend:
Braziliya prezidenti Luis İnasiu Lula da Silva videokonfrans vasitəsilə BRİKS-in fövqəladə sammitinə hazırlıqlarını davam etdirir. O, Ümumdünya Ticarət Təşkilatında (ÜTT) islahatlarla bağlı icma üzvlərinə təkliflər irəli sürmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə "CNN Brasil" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, Lula da Silva həmçinin ABŞ-nin tarif tədbirlərinə BRİKS-in ümumi reaksiyası imkanlarını müzakirə etmək niyyətindədir.
Qeyd olunub ki, Braziliya rəhbərliyi iclasda icmanın bütün tamhüquqlu üzvlərinin, xüsusilə Rusiya, Çin, Hindistan və Cənubi Afrikanın liderlərinin iştirakını təmin etməyə çalışır.