Bakı. Trend:
"İctimai" TV Trend İnformasiya Agentliyinin yaranmasının 30 illiyi münasibətilə reportaj hazırlayıb.
Reportajda qeyd edilib ki, üç onillik ərzində Trend beynəlxalq infromasiya bazarına çıxaraq Azərbaycanın səsini dünyaya çatdırmağa bacarıb.
Bildirilib ki, "Trend" İnformasiya Agentliyi bu illər ərzində Azərbaycan mediasında öz süzünü deyən bir məktəbə çevirilib, burada yetişən jurnalistlər bu gün ölkənin müxtəlif media orqanlarında uğurlu fəaliyyət göstərirlər.
"Trend Beynəlxalq İnformasiya Agentliyinin 30 illiyi Azərbaycan mediası üçün mühüm bir tarixdir, çünki bu yol həm də pəşəkarlığın, operativliyin və etimadın yoludur", - deyə reportajda bildirilib.
Qeyd edək ki, Trend İnformasiya Agentliyi 1995-ci ildə təsis olunub və ötən müddətdə Azərbaycanın aparıcı media qurumlarından birinə çevrilib. Agentlik Azərbaycan, rus, ingilis dillərində yayımladığı xəbərlərlə yalnız ölkə daxilində deyil, həm də beynəlxalq informasiya məkanında geniş auditoriyaya çıxış əldə edib. Trend hazırda iqtisadiyyat, siyasət, cəmiyyət, mədəniyyət və idman sahələrində operativ xəbərlər təqdim etməklə yanaşı, analitik materialları ilə də seçilir. Bu gün agentlik həm Azərbaycan, həm də region üzrə əsas və etibarlı xəbər mənbələrindən biri kimi fəaliyyətini uğurla davam etdirir.
Daha ətraflı videomaterialda: