...

"Xəzər" TV Trend İnformasiya Agentliyinin yaranmasının 30 illiyi münasibətilə reportaj hazırlayıb (VİDEO)

Cəmiyyət Materials 1 Sentyabr 2025 21:42 (UTC +04:00)
"Xəzər" TV Trend İnformasiya Agentliyinin yaranmasının 30 illiyi münasibətilə reportaj hazırlayıb (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Xəzər" TV Trend İnformasiya Agentliyinin yaranmasının 30 illiyi münasibətilə reportaj hazırlayıb.

Reportajda 30 il öncə kiçik bir kollektivlə işə başlayan Agentliyin dünyanın müxtəlif ölkələrindən sədasının gəlməsindən, Agentliyin iş prinsiplərindən söz açılıb.

"Bu gün Trend Beynəlxalq İnformasiya Agentliyinin yaranma günüdür. 1995-ci ildə fəaliyyətə başlayan Trend İnformasiya Agentliyinin 30 yaşı tamam olur. Fəaliyyətə başlayanda bir neçə əməkdaşı olsa da, qısa müddət ərzində həm yaradıcı, həm də ümumi tərkibi böyüdü və ən çox istinad edilən İnformasiya Agentliklərindən birinə çevrildi. Trend hazırda Azərbaycan dili də daxil olmaqla, 3 dildə xəbərlər hazırlayır", - reportajda deyilir.

Qeyd edək ki, Trend İnformasiya Agentliyi 1995-ci ildə təsis olunub və ötən müddətdə Azərbaycanın aparıcı media qurumlarından birinə çevrilib. Agentlik Azərbaycan, rus, ingilis dillərində yayımladığı xəbərlərlə yalnız ölkə daxilində deyil, həm də beynəlxalq informasiya məkanında geniş auditoriyaya çıxış əldə edib. Trend hazırda iqtisadiyyat, siyasət, cəmiyyət, mədəniyyət və idman sahələrində operativ xəbərlər təqdim etməklə yanaşı, analitik materialları ilə də seçilir. Bu gün agentlik həm Azərbaycan, həm də region üzrə əsas və etibarlı xəbər mənbələrindən biri kimi fəaliyyətini uğurla davam etdirir.

Daha ətraflı videomaterialda:

Xəbər lenti

Xəbər lenti