Bakı. Trend:
"Space TV" telekanalı Trend İnformasiya Agentliyinin yaranmasının 30 illiyi münasibətilə reportaj hazırlayıb.
Reportajda bildirilib ki, 30 ildən öncə fəaliyyətə başlayan agentlik nüfuzlu informasiya agentliklərindən birinə çevrilib.
Bildirilib ki, agentlik hər gün oxucalara yüzlərlə xəbər çatdırır və yerli media orqanları üçün əsas istinad mənbələrindən biri sayılır.
"Həm təcrübəli, həm gənc kadrların bir araya gəlməsi agentliyin dinamik inkişafını təmin edir. 30 illik yol Trend-in yalnız media sahəsində deyil, həm də Azərbaycanın tanıdılmasında xüsusi rolunu göstərir", - deyə qeyd olunub.
Qeyd edək ki, Trend İnformasiya Agentliyi 1995-ci ildə təsis olunub və ötən müddətdə Azərbaycanın aparıcı media qurumlarından birinə çevrilib. Agentlik Azərbaycan, rus, ingilis dillərində yayımladığı xəbərlərlə yalnız ölkə daxilində deyil, həm də beynəlxalq informasiya məkanında geniş auditoriyaya çıxış əldə edib. Trend hazırda iqtisadiyyat, siyasət, cəmiyyət, mədəniyyət və idman sahələrində operativ xəbərlər təqdim etməklə yanaşı, analitik materialları ilə də seçilir. Bu gün agentlik həm Azərbaycan, həm də region üzrə əsas və etibarlı xəbər mənbələrindən biri kimi fəaliyyətini uğurla davam etdirir.
Daha ətraflı videomaterialda: