Bakı. Trend:
Çexiyanın keçmiş baş naziri Andrey Babiş rəhbərlik etdiyi ANO (Narazı vətəndaşların aksiyası) müxalif siyasi hərəkatının seçkiqabağı mitinqində başına metal əşya ilə zərbə endirib.
Trend-in məlumatına görə, bu barədə "ČTK" xəbər agentliyi partiyanın mətbuat katibi Martin Vodiçkaya istinadən xəbər verib.
"Andrey Babiş seçki mitinqində hücuma məruz qalıb. Kimsə arxadan onun başına metal əşya ilə zərbə endirib. Daha sonra o, tibbi yardım üçün xəstəxanaya gedib", - deyə bildirilib.
"Novinky" xəbər portalı öz növbəsində qeyd edib ki, hücum edən şəxs siyasətçini qoltuqaltı ilə vurub. Hadisə respublikanın şimal-şərqindəki Dobra kəndində baş verib.