Bakı. Trend:
Slovakiyanın baş naziri Robert Fitso İkinci Dünya Müharibəsində Qələbənin 80-ci ildönümü ilə bağlı şənliklərdə iştirak etmək üçün Çinə yollanır və Pekində Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Tsinpinlə görüşməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə baş nazir "Facebook" səhifəsində paylaşılan viodeo müracitəində bildirib.
Robert Fitso əlavə edib ki, Slovakiyaya qayıdandan sonran isə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək niyyətindədir.
"Təsdiq etmək istərdim ki, Pekinə səfərim zamanı Çin Prezidenti Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin və orada iştirak edən digər dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcəm. Pekindən qayıtdıqdan sonra cümə axşamı axşam saatlarında Slovakiyanın şərqinə gedəcəm və orada cümə günü Ukrayna prezidenti Vladimir Zelenski ilə ikitərəfli görüş keçirəcəm", - deyə o qeyd edib.