...

Aİ idxalçılardan qazın mənşəyini sübut etməyi tələb etməyə başlaya bilər

Energetika Materials 1 Sentyabr 2025 23:50 (UTC +04:00)
Aİ idxalçılardan qazın mənşəyini sübut etməyi tələb etməyə başlaya bilər

Bakı. Trend:

Avropa İttifaqında (Aİ) sədrlik edən Danimarka Rusiyanın Aİ-yə enerji tədarükündə iştirakını istisna etmək üçün qaz idxalçılarına onların mənşə ölkəsini təsdiqləməsi tələbinin tətbiq edilməsini təklif edib.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi təklif sənədinə istinadən xəbər verib.

"Rusiya və ya Belarusla sərhədlərdən və ya keçid məntəqələrindən, habelə “Türk axını” qaz kəməri ilə Avropa İttifaqına daxil olan təbii qazın, əksini təsdiq edən aydın sübutlar təqdim edilmədiyi təqdirdə, birbaşa və ya dolayı yolla Rusiya Federasiyasından ixrac ediləcəyi ehtimal edilir", - deyə bildirilib.

Qeyd olunub ki, təşəbbüs vasitəsilə Aİ 2027-ci ilin sonuna qədər Rusiya Federasiyasından boru kəməri qazı və maye qaz alınmasına tam qadağanın mümkün tətbiqindən sonra Rusiya mənşəli qazın daxili bazara daxil olmasını istisna etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti