Bakı. Trend:
Şimali Koreya mühəndisləri qitələrarası ballistik raketlər üçün yeni mühərrik hazırlayıblar.
Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. Bildirilir ki, mühərriklər yeni nəsil “Xvanson-20” raketlərinə quraşdırılacaq.
Bərk yanacaqlı raket mühərriki kompozit materialdan hazırlanıb və 2 il ərzində məxfi şəraitdə test edilib.