Bakı. Trend:
Əfqanıstanın şərqində, Pakistanla sərhəd yaxınlığında baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 1400 nəfəri ötüb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Xilasedicilər ən ucqar dağlıq rayonlarda zəlzələnin səbəb olduğu dağıntılar altından insanları çıxarmağa çalışır.
Bundan əvvəl Qırmızı Aypara cəmiyyətinin yerli nümayəndəliyi 1100-ə yaxın itkinin olduğunu, qurbanların sayının arta biləcəyini bildirmişdi.
xxx
14:24
Əfqanıstanın şərqində baş vermiş dağıdıcı zəlzədə həlak olan insanların sayı 1000 nəfəri ötüb.
Trend xəbər verir ki, bu barədə “Reuters” yerli mənbələrə istinadən məlumat yayıb.
xxx
11:57
Əfqanıstanın şərqində, Pakistanla sərhəddə baş vermiş güclü zəlzələdə ölənlərin sayı 900 nəfərə çatıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Əfqanıstanın Fövqəladə Hallar üzrə Milli İdarəsinin rəsmi nümayəndəsi Yusaf Həmmadın sözlərinə görə, təbii fəlakətdən 3 mindən çox əfqan zərər çəkib. Bundan əvvəl Əfqanıstan hökuməti itki sayının 800-dən çox, zərərçəkənlərin isə 2,8 minə yaxın olduğunu bildirmişdi.
Əfqanıstanın şərqində yerləşən əyalətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir. “TOLOnews” telekanalının məlumatına əsasən, dağıntılar altında yüzlərlə insan qalmaqdadır.
