...

İsmayıllının bu kəndlərində işıq olmayacaq

Cəmiyyət Materials 2 Sentyabr 2025 08:38 (UTC +04:00)
İsmayıllının bu kəndlərində işıq olmayacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsmayıllıda gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Trend-ə verilən məlumata görə, İsmayıllı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110 kV-luq "Qəbələ-1" hava xəttində sentyabrın 2-də gücləndirmə işləri həyata keçiriləcək.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 09:00-dan 17:00-dək rayonun Buynuz, İstisu, Qalacıq, Sumağallı, Topçu kəndlərində, eləcə də bir sıra sahibkarlıq obyektlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Gücləndirmə işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti