...

“Dədə Qorqud” tankeri Xəzərdə yenidən yükdaşımalara cəlb olunub

Cəmiyyət Materials 2 Sentyabr 2025 10:19 (UTC +04:00)
“Dədə Qorqud” tankeri Xəzərdə yenidən yükdaşımalara cəlb olunub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan ASCO-nun “Dədə Qorqud” tankeri təmir olunub.

Şirkətdən Trend-ə verilən məlumata görə, təmir zamanı gəminin sualtı və suüstü hissələri, maşın şöbəsindəki mexanizmləri, baş göyərtəsi təmizlənərək rənglənib. Bundan başqa, gəmi üzrə bütün klapanlar bərpa olunub, ağac emalı, gövdə-qaynaq və elektrik-quraşdırma işləri həyata keçirilib.

Tankerdə rabitə və elektroradionaviqasiya sahəsinə aid yeni avadanlıqlar quraşdırılıb. Belə ki, 1 dəst “MF/HF” tipli stasionar radiostansiya və siqnal paylayıcısı istifadəyə verilib. Həmçinin girokompas, radar və komanda yayım qurğusunun sıradan çıxmış hissələri yeniləri ilə əvəzlənib.

Təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb və prosesdən sonra tanker yenidən istismara qaytarılıb.

Qeyd edilib ki, “Dədə Qorqud” tankerinin uzunluğu 149,9 metr, eni 17,3 metr, yükgötürmə qabiliyyəti isə 13,8 min tondur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti