Bakı. Trend:
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları
tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına
qarşı keçirilən əməliyyat zamanı 42 yaşlı A.Həsənov saxlanılıb.
Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, ondan 10 kiloqram tərkibi zərərli qatqılarla zənginləşdirilmiş marixuana aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri maddi gəlir qazanmaq niyyəti ilə şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
A.Həsənovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.