Bakı. Trend:
Güclü partlayış nəticəsində Günəş plazma buludu Yerə çatıb, bir saat ərzində maqnit qasırğası başlaya bilər.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.
"[Günəş plazma buludu] Yerə indicə zərbə vurdu. Egər [Geomaqnit sahəsini] yarıb keçsə, bir saat ərzində [qütb] işıqlar və [maqnit] qasırğaları olacaq", - deyə bildirilib.
Laboratoriyada qeyd ediblər ki, püskürməsi M2.76 məşəllə müşayiət olunan günəş materialı 650 km/s sürətlə Yerə doğru uçub.