...

Dünyada hər yeddi nəfərdən biri psixi pozuntulardan əziyyət çəkir - ÜST

Dünya xəbərləri Materials 2 Sentyabr 2025 14:45 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünyada 1 milyarddan çox insan – yəni hər yeddinci şəxs – psixi pozuntulardan əziyyət çəkir.

Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının dünyada psixi sağlamlığın mövcud vəziyyətinə dair hesabatında qeyd olunur.

“Hesabata əsasən, dünya əhalisinin 14 faizi – 1 milyarddan çox insan – psixi pozuntulardan əziyyət çəkir və onların böyük əksəriyyəti dünya əhalisinin əsas hissəsinin yaşadığı aşağı və orta gəlirli ölkələrdədir”, – deyə sənəddə bildirilir.

Məlumatda vurğulanır ki, ən geniş yayılmış pozuntular arasında təşviş (anksiyete) və depressiv pozuntular üstünlük təşkil edir. Qeyd olunur ki, psixi pozuntuların, demək olar ki, yarısı 18 yaşadək dövrdə üzə çıxmağa başlayır.

Hesabata görə, psixi pozuntuların yayılması cinsə və yaşa görə dəyişir. Belə ki, kişilər daha çox diqqət çatışmazlığı və hiperaktivlik sindromu, həmçinin, autizm spektri pozuntularından əziyyət çəkirlər. Qadınlarda isə təşviş, depressiv və qidalanma pozuntuları daha geniş yayılıb.

Bildirilir ki, 40 yaşdan sonra depressiv pozuntular təşviş pozuntularını üstələyir və ən yüksək həddinə 50–69 yaş aralığında çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti