...

İraq vətəndaşı Ermənistandan Azərbaycana keçməyə cəhd edib (FOTO)

Cəmiyyət Materials 2 Sentyabr 2025 12:52 (UTC +04:00)
İraq vətəndaşı Ermənistandan Azərbaycana keçməyə cəhd edib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Ermənistandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.

Bu barədə Trend-ə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, çətin relyefə malik olan, dağlıq və sıx meşəlik ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş İraq vətəndaşı – 2002-ci il təvəllüdlü Ali Emad Attallah Badravi saxlanılıb.

Qeyd edilib ki, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti