...

Belçika yaxın günlərdə Fələstini dövlət olaraq tanıyacağını elan edib

Dünya xəbərləri Materials 2 Sentyabr 2025 12:34 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belçika sentyabr ayında BMT-nin Baş Assambleyasında rəsmi qaydada Fələstini dövlət olaraq tanıyacağını bəyan edib.

Trend xəbər verir ki, bəyanatı ölkənin XİN rəhbəri Maksim Prevo öx rəsmi “X” səhifəsində yayıb.

“Belçika Fələstini BMT sessiyasında tanıyacaq! Bundan başqa, İsrail hökumətinə qarşı sərt sanksiyalar qəbul olunacaq. Həmçinin, HƏMAS tərəfdarları tərəfindən istənilən antisemitizm və ya terrorun təşviqi kəskin şəkildə pislənəcək”, - deyə o bildirir.

Nazir Fələstinin tanınmasını “iki xalq, iki dövlət” formuluna əsaslanan münaqişənin həlli imkanlarını qorumağa yönəlmiş “qəti siyasi və diplomatik jest” adlandırıb. Bununla yanaşı, o vurğulayıb ki, tanınmanın rəsmi şəkildə kral fərmanı ilə rəsmiləşdirilməsi yalnız son israilli girovun azad edilməsindən və HƏMAS-ın fələstin ərazilərinə nəzarətinə son qoyulmasından sonra baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti