...

Çinin məşhur “Disneylend” attraksionunda ölüm olub

Dünya xəbərləri Materials 2 Sentyabr 2025 12:42 (UTC +04:00)
Çinin məşhur “Disneylend” attraksionunda ölüm olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Honq-Konq muxtar bölgəsində yerləşən Disneylend əyləncə mərkəzində filippinli turist attraksionda olarkən ölüb.

Trend xəbər verir ki, bu barədə “Independent” nəşri yazır.

53 yaşlı kişi “Frozen Ever After” adlı attraksiona həyat yoldaşı ilə minib. Çox keçmədən huşunu itirib. Xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Ürək xəstəliyindən əziyyət çəkən həmin şəxs 2 saat ərzində vəfat edib.

Filippinli turistin həyat yoldaşı onun attraksionda yürüş zamanı komaya düşdüyünü bildirib. İlkin araşdırma ölüm insidentinin “attraksiondan istifadə qaydalarının pozulması” ilə bağlı olmadığını əmin etsə də, həmin atraksionun bir ay müddətinə bağlandığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti