Bakı. Trend:
"Mançester Siti" PSJ-nin qapıçısı Canluici Donnarummanı transfer edib.
Trend xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər 2030-cu ilin yayına qədər müqavilə imzalayıblar.
Qeyri-rəsmi məlumata görə, italyan qapıçının transferi "Siti"yə 35 milyon avrodan 39 milyon avroya qədər başa gəlib.
Ötən mövsüm Donnarumma PSJ-nin heyətində bütün turnirlərdə 47 oyunda iştirak edib və onlardan 17-də qapısını toxunulmaz saxlayıb.