Bakı. Trend:
“Mançester Siti” PSJ-dən Canluici Donnarummanı transfer edib.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa nəhəngi italiyalı qolkiper üçün Fransa klubuna 35 milyon avro təzminat ödəyəcək.
26 yaşlı “əlcək sahibi” ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, İtaliya millisinin üzvü olan Canluici Donnarumma 2021-ci ildən PSJ-də çıxış edirdi.