...

Əhalinin banklardakı əmanətləri 15 milyard manatı ötdü: milli valyutada artım, xarici valyutada azalma

İqtisadiyyat Materials 2 Sentyabr 2025 17:08 (UTC +04:00)
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı ötdü: milli valyutada artım, xarici valyutada azalma
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin avqustun 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 15,456 milyard manat təşkil edib.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, əmanətlərin həcmi cari ilin iyulun 1-nə nisbətən 19,1 milyon manat və ya 0,1%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1,5 milyard manat və ya 10,7% artıb.

Bu ilin avqustun 1-nə fiziki şəxslərin milli valyuta ilə banklarda əmanətlərinin həcmi 10,472 milyard manat, xarici valyuta ilə isə 4,984 milyard manat təşkil edib.

Milli valyuta ilə əmanətlərin həcmi bu ilin iyulun 1-i ilə müqayisədə 28,1 milyon manat və ya 0,3%, illik müqayisədə isə 1,2 milyard manat və ya 13,2% artıb.

Xarici valyuta ilə isə bu göstərici cari iyulun 1-nə olan rəqəmlərə nisbətən 9,1 milyon manat və ya 0,2% azalıb, illik nisbətdə isə 273,4 milyon manat və ya 5,8% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti