...

Azərbaycan və ABŞ arasında maliyyə bazalarının və ödəniş sistemlərinin inkişaf perspektivləri dəyərləndirilib

İqtisadiyyat Materials 2 Sentyabr 2025 16:52 (UTC +04:00)
Azərbaycan və ABŞ arasında maliyyə bazalarının və ödəniş sistemlərinin inkişaf perspektivləri dəyərləndirilib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycanda səfərdə olan Bank of New York Mellonun (BNY) baş icraçı vitse-prezidenti Hani Kablavinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Görüş zamanı Azərbaycanda maliyyə bazalarının və ödəniş sistemlərinin inkişaf perspektivləri, kapital bazarlarının cari meyilləri, süni intellektin tətbiqinin genişləndirilməsi, həmçinin kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi sahəsində həyata keçirilən fəaliyyətlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində prioritet sahələr və bu istiqamətdə gələcək əməkdaşlıq imkanları ətraflı müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti