Bakı. Trend:
İrlandiyanın baş naziri Mixol Martin Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Trend-in məlumatına görə, bu barədə baş nazirin mətbuat xidməti bildirib.
Məlumata əsasən, telefon danışığı zamanı o, Dublinin Ukraynadakı sülhməramlı missiyada iştirak etməyə hazır olduğunu açıqlayıb.
"Mən <...> Zelenskini əmin etdim ki, İrlandiya [“istəklilər koalisiyası”]nın işini, o cümlədən qeyri-öldürücü hərbi yardım və BMT Nizamnaməsinə uyğun olaraq müvafiq mandata malik istənilən sülhməramlı missiyada iştiraka açıq olmaqla dəstəkləməyə hazırdır", - deyə baş nazir bildirib.
O, həmçinin vurğulayıb ki, İrlandiya “Ukraynanın Aİ-yə üzvlük istiqamətində irəliləyişini dəstəkləmək üçün tərəfdaşlarla işləməyə davam edəcək”.