...

Sürücünün diqqətsizliyi işıqforu yararsız vəziyyətə saldı (VİDEO)

Hadisə Materials 2 Sentyabr 2025 14:09 (UTC +04:00)
Sürücünün diqqətsizliyi işıqforu yararsız vəziyyətə saldı (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sürücünün diqqətsizliyi səbəbindən nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində 1 ədəd işıqfor obyekti yararsız hala düşüb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yararsız hala düşmüş işıqforun yenisi ilə əvəz edilməsi işləri görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti