Bakı. Trend:
Qazaxıstanın “Kayrat” futbol klubu Çempionlar Liqasının əsas mərhələsindəki matçları Astana şəhərində keçirməyi planlaşdırmır.
Trend xəbər verir ki, bunu Qazaxıstanın turizm və idman naziri Yerbol Mirzabosınov bildirib.
“Alma-Atadakı stadion – UEFA-nın dördüncü kateqoriyalı arenasıdır. Standartlara uyğundur və biz oyunları orada keçirməyi planlaşdırırıq.”, - deyə nazir bildirib.
Qeyd edək ki, bu il “Kayrat” tarixində ilk dəfə olaraq Avropanın ən mötəbər futbol turniri sayılan Çempionlar Liqasımda çıxış edəcək. Qazaxıstan komandalarından yalnız “Astana” klubu (2015) belə bir nəticəyə nail olmuşdu.