Bakı. Trend:
Fələstin Milli Administrasiyası (FMA) Qəzza zolağının idarəçiliyini öz üzərinə götürməyə hazırdır, lakin eyni zamanda, bu işdə xarici tərəfdaşların iştirakına etiraz etmir.
Trend-in məlumatına görə, bu barədə Administrasiya sədri Mahmud Abbas ərəb KİV-lərin müsahibəsində bildirib.
"Qəzzanın idarə olunmasında ərəb və ya digər beynəlxalq tərəfdaşlığa etirazımız yoxdur", - deyə o qeyd edib.
O bildirib ki, FMA “Qəzzanın idarəçiliyini öz üzərinə götürməyə hazırdır və bunu etmək üçün bizim hər cür imkanımız var”.
Müsahibəsində Abbas yenidən İsraili Fələstin dövlətinin yaradılmasına əngəl olmaqda günahlandırıb və əlavə edib ki, o, “bütün Fələstini məhv etmək istəyir”.