Bakı. Trend:
“Mançester Yunayted” daha bir transferini reallaşdırıb.
Trend xəbər verir ki, Mançester klubu qolkiper Senne Lammenslə 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə bağlayıb.
Belçika millisinin futbolçusu üçün “Antverpen”ə 21 milyon avro ödənilib, əlavə bonuslar da nəzərdə tutulub.
Qeyd edək ki, Lammens Belçika klubunda ötən mövsüm ümumilikdə 44 oyun keçirib və qapısında 56 qol görüb.