...

Orta Dəhlizin infrastrukturunun möhkəmləndirilməsi zəruridir - Almaniyanın Nəqliyyat Nazirliyi

Dünya xəbərləri Materials 2 Sentyabr 2025 14:20 (UTC +04:00)
Orta Dəhlizin infrastrukturunun möhkəmləndirilməsi zəruridir - Almaniyanın Nəqliyyat Nazirliyi
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhlizlə daşınan yüklərin həcminin və ötürücülük qabiliyyətinin genişləndirilməsi üçün liman və multimodal infrastrukturun gücləndirilməsinə ehtiyac var.

Bunu Trend-ə Almaniyanın Federal Rəqəmsal Texnologiyalar və Nəqliyyat Nazirliyindən bildiriblər.

Qurumdan qeyd olunub ki, regionda nəqliyyat əlaqəliliyinin inkişafı üçün Almaniya Avropa İttifaqının institutları, digər təşkilatlar, həmçinin, onların regional proqramları ilə əməkdaşlıq edir və səylərini əlaqələndirir.

“Biz bütün Mərkəzi Asiya regionuna xüsusi diqqət yetiririk və Avropa ilə nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına çalışırıq. Xüsusi maraq doğuran məqam isə Mərkəzi Asiyada dəmir yolu nəqliyyatının gücləndirilməsi üçün infrastrukturun yaxşılaşdırılmasıdır”, – deyə nazirlikdən vurğulanıb.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti