...

Braziliya millisinin üzvü "Fənərbağça"da

İdman Materials 2 Sentyabr 2025 20:02 (UTC +04:00)
Braziliya millisinin üzvü "Fənərbağça"da
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Fənərbağça" heyətinə yeni qapıçı cəlb edib. Super Liqa nəhəngi "Mançester Siti"dən Edersonu transfer edib.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Fənərbağça" Braziliya millisinin üzvü üçün Premyer Liqa klubuna 11 milyon avro təzminat ödəyəcək. 32 yaşlı qolkiper İstanbul təmsilçisi ilə 3+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Mançester Siti" Edersonu 2017-ci ilin yayında "Benfika"dan transfer etmişdi. Təcrübəli "əlcək sahibi" bu mövsüm "şəhərlilər"in heyətində 3 rəsmi matçda meydana çıxıb.

Xəbər lenti

Xəbər lenti