Bakı. Trend:
ABŞ hərbi qüvvələri beynəlxalq sularda keçirdiyi əməliyyat zamanı Venesuelanın “Tren de Aragua” narkotik kartelinin 11 üzvünü məhv edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində açıqlama verib.
“Zərbə ABŞ-yə doğru hərəkət edən terrorçular beynəlxalq sularda olarkən və qanunsuz narkotik daşıyarkən endirilib. Nəticədə 11 terrorçu məhv edilib”, – Tramp bildirib.
XXX
01:36
ABŞ ordusu Karib dənizində Venesueladan narkotik daşıyan gəmini vurub.
Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.
O bildirib ki, hadisə çox yeni baş verib və detallar yaxın zamanda açıqlanacaq.
Tramp həmçinin qeyd edib ki, ABŞ-a böyük həcmdə narkotik vasitələr axır və onların bir hissəsi Venesueladan gəlir.