...

Milli Aviasiya Akademiyasında aviatexniklərin hazırlığı Proqramının açılış mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 3 Sentyabr 2025 15:42 (UTC +04:00)
Milli Aviasiya Akademiyasında aviatexniklərin hazırlığı Proqramının açılış mərasimi keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Milli Aviasiya Akademiyasında aviatexniklərin hazırlığı Proqramının açılış mərasimi keçirilib.

Trend xəbər verir ki, tədbiri açıq elan edən Akademiyanın Birinci prorektoru Ədalət Səmədov, Proqramın hava nəqliyyatı sahəsi üçün strateji əhəmiyyətindən danışdı. Daha sonra çıxışçılar AZAL- ın İnsan Resurslari uzrə aparici mütəxəssisi Fəridə İsrafilbəyova, AZAL-ın Hava Gəmilərinin Uçus Yararlığının Saxlanılması Xidmətinin rəisi Polad Nəsirov, Təlim Mərkəzinin Texniki xidmət heyətinin hazırlığı departamentinin rəisi Elçin Sultanov və Proqram iştirakçısı Fərman Əsədullayev öz fikirlərini auditoriya ilə bölüşdü.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-nin təşəbbüsü ilə həyata keçirilən Texnik-mexanik (B1) ve Texnik-avionik (B2) proqramı üzrə namizədlərin seçimi başa çatıb. Proqrama qəbul olunan 56 iştirakçı ilk 2 il ərzində Milli Aviasiya Akademiyasında nəzəri biliklər əldə edəcək.

Növbəti 3 il ərzində isə praktiki fəaliyyətə cəlb olunaraq peşə bacarıqlarını təkmilləşdirəcəklər. Proqramı uğurla başa vuran əməkdaşlar aviatexnik lisenziyası əldə edəcək və hava gəmilərinə texniki xidmət göstərmək, eləcə də onların uçuşa buraxılışını təmin etmək səlahiyyətinə malik olacaqlar.

Proqram texniklərin biliklərini artırmaqla yanaşı, müasir texnologiyaların tətbiqinə də dəstək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti