Bakı. Trend:
Futbol üzrə Azərbaycan milli komandası İslandiya millisi ilə DÇ-2026-nın seçmə mərhələsinin oyunu üçün Reykyavikə çatıb.
Trend-in məlumatına görə, komanda mühüm görüşə hazırlığını İslandiyanın paytaxtında davam etdirəcək.
Oyun öncəsi son məşq sentyabrın 4-də Bakı vaxtı ilə saat 22:30-da matçın keçiriləcəyi "Lauqardalsvollur" stadionunda baş tutacaq.
Xatırladaq ki, İslandiya – Azərbaycan oyunu sentyabrın 5-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.