...

Almaniyada seçkilər öncəsi AfD partiyasından altı namizəd vəfat edib

Dünya xəbərləri Materials 3 Sentyabr 2025 03:31 (UTC +04:00)
Almaniyada seçkilər öncəsi AfD partiyasından altı namizəd vəfat edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yerli seçkilərə iki həftədən az qalmış Almaniyanın qərbində yerləşən Şimali Reyn-Vestfaliya federal torpağında ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasından altı namizədin vəfat etdiyi bildirilib.

Trend-in "BBC News"a istinadən verdiyi məlumata görə, əvvəlcə yalnız dörd siyasətçinin ölümü barədə məlumat yayılmışdı, lakin sonradan bu say altıya yüksəlib.

Polis rəsmiləri ölümlərdə şübhəli heç bir halın olmadığını açıqlayıblar. Lakin yaranmış vəziyyət seçki bülletenlərinin yenidən çap edilməsinə və artıq poçtla səs verən bəzi seçicilərin yenidən səsverməyə cəlb olunmasına səbəb olub.

Seçkilər 14 sentyabr tarixinə təyin olunub. 18 milyon əhalisi olan Şimali Reyn-Vestfaliyada keçiriləcək seçkilərdə ümumilikdə 20 minə yaxın namizəd mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti