...

Masallının bir hissəsində qaz olmayacaq

Cəmiyyət Materials 3 Sentyabr 2025 09:46 (UTC +04:00)
Masallının bir hissəsində qaz olmayacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Masallıda 17 300-ə yaxın abonent və sənaye obyektinin qaz verilişində fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Masallı rayon ərazisində qaz xəttinin üzərində quraşdırılmış baypas xəttində aparılan növbədənkənar yoxlama zamanı aşkar edilmiş qaz sızmasının aradan qaldırılması məqsədilə 04.09.2025-ci il saat 10:00-dan işlər başa çatana qədər Masallı şəhəri, Qızılavar, Kosakül, Allahyarlı, Musaküçə, Səmidxan-2, Gəyəçöl, Lürən, Sərçuvar, Təzəkənd, Sirəbil, Öncəqala, Hüseynhacılı, Xıl, Seybətin, İsgəndərli kəndlərinin və Ərkivan qəsəbəsinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

"Bu müddətdə ümumilikdə 17 300-ə yaxın abonent və sənaye obyektinin qaz verilişində fasilə yaranacaq.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş edirik",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti