...

Qazaxıstanda ICAO tərəfindən aviasiya təhlükəsizliyi üzrə audit aparılır

Dünya xəbərləri Materials 3 Sentyabr 2025 04:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 2-14-də Qazaxıstanda dörd mütəxəssisdən ibarət ICAO beynəlxalq ekspertlər komandası tərəfindən aviasiya təhlükəsizliyi üzrə audit keçirilir.

Trend-in Qazaxıstan Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsinə istinadən verdiyi məlumata görə, audit zamanı milli aviasiya təhlükəsizliyi sisteminin kompleks təftişi aparılacaq.

Qiymətləndirmə Astana və Almatı beynəlxalq hava limanlarını, eləcə də Qazaxıstan aviaşirkətlərini əhatə edəcək. Ekspertlər milli qanunvericiliyin beynəlxalq standartlara və ICAO-nun tövsiyələrinə uyğunluğunu xüsusi diqqətlə araşdıracaqlar.

Auditin məqsədi aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə mövcud tədbirlərin səmərəliliyini qiymətləndirmək və onların təkmilləşdirilməsi istiqamətlərini müəyyənləşdirməkdir.

Xəbər lenti

Xəbər lenti