...

Mərakeş turizmdən rekord gəlir əldə edib

Dünya xəbərləri Materials 3 Sentyabr 2025 06:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Mərakeşdə turizm sektorunda cari ilin ilk yeddi ayında 67 milyard dirhəm (təxminən 7 milyard dollar) həcmində rekord gəlir qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz çoxdur.

Trend-in “Hibapress” portalına istinadən verdiyi məlumata görə, Turizm, Sənətlər, Sosial və Həmrəylik İqtisadiyyatı Nazirliyi bildirib ki, 2025-ci ildə də sektor artım nümayiş etdirməkdə davam edəcək.

İyulun sonunadək Mərakeşi 11,6 milyon turist ziyarət edib ki, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 16 faiz çoxdur.

Turizm naziri Fatimə Zəhra Ammor vurğulayıb ki, gəlirlərin artması sektorun milli iqtisadiyyata mühüm təsirini göstərir: “Turistlərin sayının çoxalması və turizm məhsullarına yatırılan sərmayələr Mərakeşin cəlbedici turizm məkanı kimi mövqeyini möhkəmləndirir. Biz bu tendensiyanı qorumaq üçün səylərimizi davam etdirəcəyik”.

Xəbər lenti

Xəbər lenti