Bakı. Trend:
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 5010 m² (hər mərtəbəsi 1670 m²) olan üçmərtəbəli obyektdə yanğın olub.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, obyektin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 m² olan sexin içərisində taxta və parçadan ibarət materiallar 30 m² sahədə yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.