...

Türkiyədə 9 polis yanacaq çənindəki şübhəli maddədən zəhərlənib

Dünya xəbərləri Materials 3 Sentyabr 2025 09:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Bolu şəhərində avtomobilin yanacaq çəninə baxış keçirən 9 polis əməkdaşı şübhəli maddənin iyini hiss edərək zəhərlənib.

Trend-in “TRT Haber”ə istinadla verdiyi məlumata görə, hadisə çərşənbə axşamı axşam saatlarında Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi reyd zamanı baş verib.

Xarici dövlət qeydiyyat nişanlı avtomobilin yanacaq çənində aşkarlanan maddə polis əməkdaşlarının nəfəs alarkən zəhərlənməsinə səbəb olub.

Zərərçəkənlərdən ikisi reanimasiyaya yerləşdirilib, üç nəfər xəstəxanada müalicəsini davam etdirir, daha üç nəfər ambulator müalicəyə buraxılıb, bir nəfər isə xəstəxanaya yerləşdirilməsini tələb etməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti