Bakı. Trend:
“Beşiktaş” Almaniyanın “Volfsburq” klubundan futbolçu Vatslav Çornini transfer edib.
Trend-in məlumatına görə, 27 yaşlı hücumçu ilə 3+1 illik müqavilə imzalanıb.
İstanbul təmsilçisi çexiyalı vinger üçün qarşı tərəfə 6 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Vatslav Çorni ötən mövsümü icarə əsasında “Reyncers”də keçirib. O, Şotlandiya klubunun heyətində 52 rəsmi oyunda meydana çıxaraq 18 qol və 9 qolun ötürməsi ilə yadda qalıb.