Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Kosmik Qüvvələrin qərargahının Alabama ştatına köçürüləcəyini açıqlayıb.
Trend-in məlumatına görə, Tramp bildirib ki, yeni qərargah Alabama ştatının Hantsvil şəhərində yerləşəcək və “raket şəhəri” kimi tanınacaq.
O, həmçinin xatırladıb ki, ilk prezidentlik müddətində Kosmik Komandanlığı yaradarkən qərargahın Alabamada qurulmasını planlaşdırıb, lakin Bayden administrasiyası onu Koloradoda yerləşdirib.