Bakı. Trend:
ABŞ-nin dünya miqyasında imicinin zəifləməsi səbəbindən istehlakçılar Amerikan brendlərinə daha az meyl göstərirlər.
Trend-in məlumatına görə, bunu "McDonald's"ın baş direktoru Kris Kempçinski CNBC telekanalına müsahibəsində bildirib.
Kempçinski vurğulayıb ki, “Amerikanın ətrafındakı aura bir az da zəifləyib”. O əlavə edib ki, şirkət istehlakçıların McDonald's və ümumilikdə ABŞ brendlərinə münasibətini yaxından izləyir.
Baş direktor qeyd edib ki, "McDonald's" restoranlarına münasibət ümumilikdə əvvəlki kimi qalır və bu, xaricdəki fəaliyyət təcrübəsi ilə əlaqədar ola bilər.