...

ABŞ-nın Azərbaycandakı səfirliyinin sabiq əməkdaşının məhkəməsi başlayıb

Cəmiyyət Materials 3 Sentyabr 2025 10:30 (UTC +04:00)
ABŞ-nın Azərbaycandakı səfirliyinin sabiq əməkdaşının məhkəməsi başlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nın Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin məsul əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə məhkəməsi başlayıb.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində prosesdə anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı və zərərçəkmiş tərəf işin məhkəməyə verilməsini təklif etsə də, təqsirləndirilən şəxs buna etiraz edib və işi yenidən araşdırılması üçün istintaq orqanına qaytarılmasını istəyib.

Məhkəmə cinayət işinin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.

Proses 17 sentyabrda davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Rafiq Göyüşov xaricdən gələn səfirlər və digər əməkdaşların müvəqqəti yerləşdirilməsi üçün ayrılan vəsaitlərin dələduzluq yolu ilə ələ keçirilməsində ittiham edilir.
O, ümumilikdə yarım milyon manatdan çox vəsaiti qanunsuz olaraq ələ keçirməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində məhkəməyə qədər “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti